...

Brüsseldə "Əsrin Müqaviləsi"nin imzalanmasının ildönümü ilə bağlı Maestro Ceyhunun konserti keçirilib

Cəmiyyət Materials 22 Sentyabr 2007 19:04 (UTC +04:00)
Sentyabrın 21-də Azərbaycan Respublikasının Belçikadakı Səfirliyi tərəfindən "Əsrin Müqaviləsi"nin imzalanmasının ildönümü ilə bağlı Brüssel şəhərində Azərbaycanın tanınmış skripka ustası Maestro Ceyhunun konserti keçirilib.

Brüsselin mərkəzində yerləşən məşhur Monnaie teatrının önündə, açıq havada keçirilmiş Azərbaycan musiqi qrupunun təmənnasız çıxışı Azərbaycan musiqi incəsənətinin təbliğatına həsr edilib.

"Azərbaycanın səsləri" adlı konsert yerli əhalinin böyük diqqət və marağına səbəb olmuş, həmçinin Belçikada yaşayan Azərbaycan icması üçün əsl bayram ovqatı yaradıb.

Xəbər lenti

Xəbər lenti