...

Nəsimi RPİ-nin 21 və 22-ci polis bölmələrindən işgəncə faktları ilə bağlı şikayətlər artıb

Cəmiyyət Materials 24 Sentyabr 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Nəsimi Rayon Polis İdarəsinin 21 və 22-ci polis bölmələrində saxlanılan şəxslərə işgəncə verilməsi ilə bağlı, vətəndaşlardan daxil olan şikayətlər artıb. Azərbaycan İşgəncələr Əleyhinə komitənin sədri Elçin Behbudov bazar ertəsi Trend ə bildirib ki, Komitəyə daxil olan müraciətlərdə işgəncələrin birbaşa poli bölmələrinin rəhbərləri tərəfindən verildiyi qeyd olunur. Behbudovun sözlərinə görə, 22-ci polis bölməsinin rəis müavini Ədalət Əliyev saxlanılan şəxslərə işgəncələr verir və onları törətmədikləri cinayətləri etiraf etməyə məcbur edir.

Behbudov bu məsələnin araşdırılması və cavabdeh şəxslərin cəzalandırılması üçün bazar ertəsi daxili işlər naziri Ramil Usubova müraciət edib.

Behbudovun sözlərinə görə, işgəncə faktlarının böyük əksəriyyəti polis idarələrində qeydə alınır. "Son vaxtlar isə, daha çox Nəsimi Rayon Polis İdarəsinin 21 və 22-ci polis bölmələri ilə bağlı müraciətlər intensivləşib".-deyə Behbudov bildirib.

Xəbər lenti

Xəbər lenti