...

Azərbaycanın boks üzrə yığması DÇ-2007-yə son hazırlığa başlayacaq

Cəmiyyət Materials 26 Sentyabr 2007 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Boks üzrə Azərbaycan yığması, oktyabrda Çıkaqoda keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində, Masallıda təlim-məşq toplanışı keçirəcək.

Komandanın baş məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, təlim-məşqlərdə yalnız ölkənin dəri əlcək ustaları deyil, həmçinin, yığmanın olacağı düşərdəyə oktyabrın əvvəllərində gələcək gürcüstanlı boksçular da iştirak edəcək. Bununla yanaşı, hazırlıq yığmanın tam heyətini müəyyən etməlidir. Komanda mundialda nəinki medallar, Olimpiya oyunlarına lisenziya uğrunda da mübarizə aparacaq.

Hazırda xüsusilə 64 kq çəki dərəcəsində kəskin rəqabət gedir. Bu çəkidəki yerə, əsasən, dünya çempionatı- 2005-in mükafatçısı Emil Məhərrəmli və öz növbəsində, gənclər arasında dünya birinciliyinin qalibi Fərhad Acalov iddia edir.

Xəbər lenti

Xəbər lenti