...

Xatirə İslam:" Heç kim mənim adıma ləkə vura bilməz"

Cəmiyyət Materials 28 Sentyabr 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /müx. TrendLife Şahin Cavadsoy/

Yerli ulduzlarımızın adının qadın alverində hallanması məsələsi, hal-hazırda şou dünyasın əsas mövzulardandır desək, yanılmarıq. Rəqsanə İsmayılovanın adıyla başlanan bu söz-söhbətin geniş vüsət almasının kimlərə sərf etdiyini deyə bilməsək də ,bəllidir ki, müğənnilər "dost" sandığı yaxın çevrəsinin əliylə vurulur. Düzdür bu xəbərimizin Rəqsanə ilə heç bir bağlılığı yoxdur. Sadəcə, qəhrəmanımın - Xatirə İslamın da adı qadın alverində hallanırdı. Rəqsanədən fərqli olaraq, Xatirə düşmənlərini "Allaha tapşırmaq"dan vaz keçib, söhbətin kimlər tərəfindən çıxarılmasını özü axtarıb tapıb. "Trend.Life"a danışan müğənni, yaxın keçmişə qaydıb, olub-bitənlərə bu cür şərh verdi: "Qəzetlərin birində dərc edilmiş məlumatlar yayılanda, mən Türkiyədə idim. Yalan xəbərin yazılması məni xeyli incitdi. Kimsə ləkə yaxmaqdan ötrü, iyrənc şayiələrin yayılmasında maraqlı idi.Əgər həmin adamların əlində fakt olsaydı, deyərdim yəqin nəsə bilirlər, ona görə də yazılıb. Mənə maraqlıdır, belə yalanı uydurub yayanlar, görəsən vicdanları qrşısında nə cavab verirlər? Çünki, hər birimiz gecə yatanda dua edirik ki, ay Allah ,etdiyim əməlləri günahımıza yazma. Yəni mənə quyu qazan o insan fikirləşmirmi, Allahına nə cavab verəcək?"

Rəqsanənin eks prodüseri Təranənin "Xatirə bir necə dəfə Dubaya gedib-gəlib" sözlərinə isə, Xatirədən belə cavab gəldi: "Bütün insanların istirahət etmək hüququ var. O cümlədən mənim də. Dubaya dincəlməyə getmişdim. Bilirsiz nə qədər həmyerlimiz orada öz işgüzar nüfuzlarıyla tanınır? Burada nə var ki? Dubay kimlərə görəsə qorxulu şəhər ola bilər".

Haqqında deyilən və yazılanlara görə məhkəmə qapılarını döyməyəcəyini əminliklə söyləyən Xatirə, sonda həmin yazını yazan jurnalistli və qəzeti bağışladığını da vurğuladı: "Məndən üzrxahlıq etmələrini də istəmədim. Bir sözlə, bağışladım onları. Çünki, həmin qəzet də başqa-başqa yerlərdən araşdırdı və mülum oldu ki, Xatirə çox təmizdir. Ona görə də yazmaq məcburiyyətində qaldılar ki, bu bir səhv idi. Yenə deyirəm ki, mənə bu cür qara ləkə yaxmaq heç vaxt alınmayacaq. Açığı, ad çəkmək fikrində deyiləm. Amma kim məni şərləmişdisə, çox peşman oldu".

Xəbər lenti

Xəbər lenti