...

Əbülfəs Qarayev: "Türkiyə Respublikası ilə birgə aşıq sənətinin YUNESKO irsinə daxil olunması bağlı layihə işlənməlidir"

Cəmiyyət Materials 28 Sentyabr 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Tükiyənin müvafiq nazirliyinin başçısı ilə görüşüb. Söhbət əsnasında Qarayev bunları bildirib. "Azərbaycan hazırda müharibə şəraitindədir. Bizim üzdəniraq qonşularımız nəinki torpağımızı, hətta mədəniyyətimizi də mənimsəmək istəyirlər. Biz bacardığımız qədər onların plagiatlarının qarşısını alırıq. Bir müddət əvvəl muğam YUNESKO-nun siyahısına salınıb. Hesab edirəm ki, indi artıq Türkiyə ilə birgə aşıq sənətini də YUNESKO-nun siyahısına salmaq vaxtıdır. Axı, aşıq sənəti türk mədəniyyəti nümunələrindəndir". Bu ideyanı Türkiyənin Mədəniyyət və Turizm naziri Ertoğrul Günay da dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti