...

Vəkil baş redaktorun həbsdən azad olunmasına dair vəsatət qaldırıb

Cəmiyyət Materials 5 Oktyabr 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Mehdi Əsədovun sədrliyi ilə "Realnı Azərbaycan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə hazırlıq iclası keçirilib.

Fətullayev Cinayət Məcəllsinin terorla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma maddələri ilə ittiham olunur.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

İclasda vəkil İsaxan Aşurov Fətullayevə qarşı politoloji ekspertizanın rəyinə etiraz edib və bununla bağlı vəsatət qaldırıb. Aşurov hesab edir ki, Hikmət Hacızadə və Zərdüşt Əlizadə müdafiə tərəfinin şahidləri qismində məhkəməyə cəlb edilməlidir. Vəkil eyni zamanda, Fətullayevə qarşı irəli sürülən ittihamların əsassız olmasına dair da vəsatət qaldırıb. Onun sözlərinə görə, Fətullayevə qarşı irəli sürülən ittihamlarla bağlı konkret sübutlar olmadığından, onun haqqında həbs qətimkan tədbiri seçilməməlidir. İlkin sübutlarda isə ümumiyyətlə ekspertiza rəyi olmayıb və şahid ifadələri tam deyil.

Müttəhim Fəttulayev isə ona qarşı irəli sürülən ittihamlarla bağlı zərərçəkən tərəfin müəyyənləşdirilməsini istəyib və politoloji ekspertizanın rəyinə etiraz edib.

Hakim Əsədov qısa fasilədən sonra vəkillərin və Fətullayevin qaldırdığı vəsatətlərin heç birinin təmin olunmadığı barədə məhkəmə qərarını oxuyub və məhkəmə iclasının oktyabrın 10-na təyin edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti