...

Pianoçu Murad Hüseynov filarmoniyada konsert verəcək

Cəmiyyət Materials 8 Oktyabr 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Azərbaycanın əməkdar artisti, pianoçu Murad Hüseynov noyabrın 8-də Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. Bu haqda "TrendLife"a pianoçu özü xəbər verib. Tədbir Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək. Pianoçu tək deyil, istedadlı fransız dirijoru Jülyen Şovanovla birgə çıxış edəcək. Onlar bir yerdə ilk dəfədir çıxış edirlər. Konsertdə Qara Qarayevin, Azər Rzayevin və başqalarının əsərləri səsləndiriləcək. Murad həmçinin bu yaxınlarda keçirəcəyi konsertlə bağlı danışıqlar aparmaq üçün İstanbula səfərə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti