...

Portuqaliya yığmasının baş məşqçisi Azərbaycanla oyun öncəsi heyətdə dəyişiklik edib

Cəmiyyət Materials 9 Oktyabr 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Avro - 2008 çərçivəsində Azərbaycana qarşı seçmə oyun öncəsi heyətdə məcburi dəyişiklik edib.

Trend in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik komandanın müdafiə xəttində baş verib. Braziliyalı mütəxəssis "Portu" klubunda çıxış edən zədəli Bozinqvanın əvəzinə, "Benfika"nın rənglərini qoruyan Jorji Ribeyrunun xidmətindən istifadə etməyi qərara alıb.

Bozinqva Portuqaliya çempionatında "Akademiko" klubu ilə oyun zamanı zədələnib. Bu görüşdə hazırkı çempion 1 : 0 hesabı ilə qalib gələrək, çempionatda yeddinci qələbəsini qeyd edib. Bozinqva meydanı 33-cü dəqiqədə tərk edib. İndi o, yığmanın Azərbaycan və Qazaxıstan ilə keçirəcəyi oyunlarını buraxmalı olacaq.

Xəbər lenti

Xəbər lenti