...

Belqradda "Avpora üçün ətraf mühit" mövzusunda beynəlxalq konfrans öz işinə başlayır

Cəmiyyət Materials 10 Oktyabr 2007 03:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Serbiyanın paytaxtı Belqradda oktyabrın 10-da "Avpora üçün ətraf mühit" mövzusunda 6-cı Nazirlər Konfransının illik hesabat toplantısı öz işinə başlayır. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun iştirak etdiyi Konfransın təşkilatçısı BMT-nin Avropa İqtisadi Komissiyasıdır (UNECE).

Oktyabrın 12-də başa çatacaq toplantıda ekologiya nazirlərinin deklarasiyası qəbul olunacaq. Konfransda Avropa İqtisadi Komissiyasına üzv olan 56 ölkədən 1200 nümayəndə, o cümlədən, 50 ölkənin nazir və səlahiyyətli şəxsləri iştirak edirər. Ali toplantıda UNECE-nin ətraf mühitin qorunmasına dair çoxtərəfli sazişi, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin ətraf mühitin qorunması strategiyası müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti