...

"Müğənni Xatirəni "8 104" də qonaq etməyin!"

Cəmiyyət Materials 16 Oktyabr 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

Ötən həftə "Space" TV və radiosuyla canlı yayımla start götürən "8 104" verilişi dünən də (15 oktyabr) maraqlı məqamlarıyla yadda qaldı. Aparıcı Nəsib Nur, proqrama başlayan kimi, izləyicilərin və dinləyicilərə xatırlatdı ki, istədikləri musiqini sifariş etmək üçün 8 104 nömrəsinə öz mesajlarını göndərə bilərlər. Nəsib, daha sonra proqramın qonağı olacaq əməkdar artist Ədalət Şükürovla efirdən əlaqə saxladı və ona məlumat verdi ki, gələn istəklərin nəticəsi kimi o, tamaşaçı və dinləyicilərin görüşünə gəlməlidir. Dəvəti məmnuniyyətlə qarşılayan Ədalət, 20 dəqiqə ərzində efirə təşrif buyurdu. Beləcə, əməkdar artist həm maraqlı söhbətləriylə, həm də oxuduğu mahnılarıyla pərəstişkarlarına maraqlı anlar bəxş etdi. Ən maraqlı SMS-i isə, müğənni Xatirə İslama antipatiya bəsləyən tamaşaçıgöndərdi. Nəsib də neytrallıq nümayiş etdirib, SMS mətnini olduğu kimi səsləndirdi. "Canlı efirdə daha kimləri qonaq görmək istərdiniz?" müraciətinin nəticəsində isə daha çox müğənni Səidə Sultanın adı hallandı. Nur da söz verdi ki, yaxın günlərdə bu xanımı öz proqramında qonaq edəcəki. Beləcə, istəklərdən, təbriklərdən və ən nəhayət, zövqlü musiqilərdən bol olan "8 104" verilişi daha bir efir gününü arxada qoydu.

Xəbər lenti

Xəbər lenti