...

Azərbaycan kuboku uğrunda yarışda " Bakı " FK sasan qələbə qazandı

Cəmiyyət Materials 26 Oktyabr 2007 05:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir B.Məmmədov/ Futbol üzrə ölkə kubokunun ilk 1/8 final oyununda "Bakı" "İnter-2" klubuna qalib gəlib. Trend in verdiyi xəbərə görə, paytaxt klubu əzəli rəqibinin iknci komandası üzərində 3:0 hesablı asan qələbə qazanıb. Qaliblərin heyətində qolları Əmiran Müciri, Tərlan Xəlilov və İsrail Rodriqes vurublar. Bu cütlükdə mübarizənin aqibəti məlumdur, yalnız möcüzə "zolaqlılara" növbəti tura çıxmağa mane ola bilər.

Ağdamın " Qarabağ " ı nın , paytaxt " İter " inin və Lənkəranın " Xəzər " inin də ? finala çıxmaqda problemləri olmamalıdır . Onlar bir gün öncə qonaq meydançada müvafiq olaraq " Turan "a (2:0), " Masallı " ya (2:0) və " Cənclərbirliiyi " nə (4:1) şans verməyiblər . Növbəti rayndun iştirakçıları siyahısına " Abşeron "a 3:0 hesabla qalib gəlmiş " Neftçi "ni də qatmaq olar .

Yecanə heç-heçə 1:1 Bərdədə keçirilən " Olimpik " - ABN oyununda qeydə alınıb . Olmipik son dəqiqələrdə qələbəni əldən buraxıb . Ən qızğın mübarizə " Qəbələ " - " Simurq " cavab görüşündə gözlənilir . Qəbələdə keçirilən ilk görüşdə meydan sahibləri minimal üstünlüklə qalib gəliblər .

Bu raunda son olaraq paytaxtın " Standard " və Yevlaxın " Karvan " klubları meydana çıxacaqlar . Tərəflərin ilk görüşü 31 oktyabrda Bakıda , cavab göryşy isə 7 noyabrda Yevlaxda keçiriləcək .

Xəbər lenti

Xəbər lenti