...

Azərbayan bodibildinqçiləri DÇ-2007-də iştirak edəcəklər

Cəmiyyət Materials 26 Oktyabr 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Yaxın zamanlarda Cedcu (Koreya) adasında baş tutacaq dünya çempionatı rekord vəd edir.

Yarışın Təşkilat Komitəsindən Trend ə verilən məlumata görə, birincilikdə 70 ölkə iştirak edəcək. Azərbaycan yığması çempionatda iştirak etmək üçün bu adaya yola düşən birinci ölkələrdəndir və Asiyanın iqlim şəraitinə uyğunlaşmaq üçün kifayət qədər vaxtı var.

Çempionat Beynəlxalq Federasiyanın (IFBB) prezidenti Rafael Santoxi üçün xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, bu onun yeni vəzifəsində birinci nüfuzlu yarış olacaq.

Bundan əlavə məhz ötən ilki çempionat zamanı o, təşkilatın yeni rəhbəri seçilib və Bakıda keçirilən Avro-2007-də fəxri qonaq qismində iştirak edib.

Xəbər lenti

Xəbər lenti