...

Vəkil: " "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin həbsdə olan baş redaktoru özünü ifadə etmək azadlığının qurabanıdır"

Cəmiyyət Materials 29 Oktyabr 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Vəkil İsaxan Aşurov "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin həbsdə olan baş redaktorunu özünü ifadə etmək azadlığının qurabanı sayır. Trend in məlumatına görə, bu barədə bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həbsdə olan baş redaktor Eynulla Fətullayevin vəkili İsaxan Aşurov müdafiə çıxışında bildirib.

Fətullayev Cinayət Məcəllsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma maddələri ilə ittiham olunur. İttihama görə baş redaktorun "Əliyevlər müharibəyə gedir" başlıqlı yazısında Fəttulayevin terrora çağırışla bağlı fikirləri yer alıb. Xarici işlər naziri Elmar Məmmədyarov Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığı məktubunda bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər həmin məqalədə İranın Azərbaycana hücum edəcəyi ilə bağlı məlumatı oxuyandan sonra narahat olub, vahiməyə düşüblər. Məmmədyarovun məktubundan sonra "BP", "Azəriqazbank", "Bank of Baku", "Nikoyl İnvestisiya" və digər təşkilatlar da bu barədə MTN-ə müraciət edib.

Vəkil çıxışında Fətullayevə qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini əsaslandırıb.

Aşurov məhkəmədən Fətullayev barəsində bəraət hökmünün çıxarılmasını, istintaqa rəhbərlik edən müstəntiq Sahib Ələkbərovun hərəkətlərində cinayət tərkibi olduğundan, onun məsuliyyətə cəlb olunması üçün baş prokurora müraciət edilməsini xahiş edib. Vəkil "BP", "Azəriqazbank", "Bank of Baku", "Nikoyl İnvestisiya" və digər təşkilatlara məktub göndərəcəyini və onların bu hərəkətinin Azərbaycanda söz azadlığına qəsd kimi qiymətləndiriləcəyini vurğulayıb.

Sonra baş redaktor son söz ilə çıxış edib. Fətullayev dövlət ittihamçısına, ona həddən artıq yüngül cəza istədiyi üçün minnətdarlıq edib. Dövlət ittihamçısının çıxışına ironiya ilə yanaşan baş redaktor bir neçə dövlətin təcrübəsindən nümunə gətirərək həmin dövlətlərdə jurnalistlərə daha sərt cəzalar verildiyini və bu baxımdan ona 10 il cəza verilməsi ilə bağlı prokurorun hərəkətini daha humanist hesab edib.

Dünya ölkələrinin təcrübəsində jurnalistə yazdığı fikrə görə 10 il cəza istənilməsi barədə heç bir presidentə rast gəlinmədiyini vurğulayan Fətullayev bunu da Azərbaycanda fikir, söz azadlığının boğulması kimi qiymətləndirib: "Hansı ölkədə jurnalistə yazdığı yazıya görə 10 il cəza verirlər? Mən Artur Rasizadəni qətlə yetirsəydim, Kəmaləddin Heydərovun maşınını oğurlsaydım, başqa məsələ. Amerikada narkobarona 10 il cəza verirlər. Mənə fərqi yoxdur, 8 ildi istirahət etmirdim. Hər bir Azərbaycan jurnalistinə belə bir istirahət arzulayıram.Mən həbs olunandan sonra özümə başqa gözlə baxmağa, qiymət verməyə başlamışam. Vergilər. Fövqəladə Hallar, Xarici İşlər, Rabitə nazirlikləri mənə total hücuma başladılar. Bir qəzetin tənqidinə dözə bilmirsiz".

Barəsindəki birinci məhkəmə hökmü ilə bağlı şikayətinin Avropa Məhkəməsində icraata götürüldüyünü və bu işlə bağlı bəraət alacağına əminliyini bildirib.

Fətullayev aperiln 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Tatyana Çaladeznin iddiası əsasında, Yasamal Rayon Məhkəməsinin qərarı ilə xocalıları təhqir etdiyi üçün, 2 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

"Realnı Azerbaydjan" qəzetində dərc olunmuş məqalədə ermənilər tərəfindən qətlə yetirilmiş xocalıların azərbaycanlılar tərəfindən tanınmaz hala salındığı qeyd olunub.

Baş redaktor bildirib ki, həmin işlə bağlı ona ermənilərin mövqeyini sırıyıblar: "Avropa Məhkəməsi bu işlə bağlı Xocalı hadisələrinə qiymət verəcək. Mənə erməni mövqeyini sarıdıqları üçün ermənilər Avropa Məhkəməsində qələbə çalacaqlar.Ermənilər bu işlə bağlı Avropada təbliğat aparırlar".

Fətullayev həbsdə olduğu müddətdə onun barəsində MTN-də Cinayət Məcəllsinin terrorçuluqla hədələmə (214.1-ci) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti