...

Kemal Cenk "Azəri Star+" iştiakçılarına son xəbərdarlığını etdi

Cəmiyyət Materials 30 Oktyabr 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

"Space" TV-nın maraqlı layihələrindən olan "Azəri Star+" gənc müğənnilərin mahnı yarışması yeni bir müsabiqə həftəsinə start verdi. "Azəri Star production"ın təşkil ediyi müsabiqə yenə Rəşid Behbudov adına Mahnı Tetarının səhnəsindən canlı yayımla yayımlandı. Bayram əhvalıyla köklənən iştirakçılar efirinin başlanmasına bir neçə dəqiqə qalmış, layihə rəhbəri Kemal Cenkin açıq dərsinin iştirakçısı oldular. "Gözləmə otağı"nda olduqca əsəbi görünən Cenk bəy, yarışmanı davam etdirən 15 iştirakçıya dəyərli məsləhətlərini verdi. Amma deyəsən iştirakçıların həm canlı efirdə, həm də TrendLife-a verdikləri açıqlamalar layihə rəhbərini o qədər məmnun etmir: "Başa düşmürəm, özünüzü niyə belə aparırsınız? Etdiyiniz hər bir çıxışda bir-birinizə hörmət qoyun. Deyirsiz ki, hamı özünə SMS göndərir. Elə etməyin ki, həmin iştirakçıların özlərinə nə qədər səs göndərdiklərini çap etdirib, şübhəsi olanlara nümayiş etdirim. Bütün dünyada belə formatda müsabiqələr var. Sizə yaraşmaz belə sözlər işlətmək. Axı siz artıq peşəkar səhnədə özünüzü təsdiqləməyə can atan müğənnilərsiniz. Demirəm ki, danışmayın, müsahibələr verməyin. Sadəcə, dediyniz sözlərə fikir verin". "Azəri Star+"a informasiya dəstəyi verən KİV nümayəndələrinin gözü önündə verilən açıq dərsdən sonra, iştirakçılar növbə ilə səhnəyə yollandılar. Aparıcılar- Lətafət Cəfərova, Əkbər Əlizadə cütlüyü bu dəfə də tamaşaçıların müsabiqə haqqında ətraflı informasiyaya sahib olmaları üçün dəfələrlə yarışmanın formatı barəsində öz məlumatlarını verirdilər. İlahə Cəfərovanın açılış etdiyi "Azəri Star+" həftəsinə iştirakçı Elmir Qəhrəmanov bənzərsiz ifası ilə vergül qoydu. Çünki sabah-okytabır son günü daha bir iştirakçının "Azəri Star+"da qalıb-qalmayacağı həll olunacaq.Odur ki, dəstəyinizi gənc müğənnilərdən əsirgəməyin.

Xəbər lenti

Xəbər lenti