...

Rusiyanın Tolyatti şəhərində partlayan avtobusda azərbaycanlılar olmayıb

Cəmiyyət Materials 31 Oktyabr 2007 17:17 (UTC +04:00)
Rusiyanın Tolyatti şəhərində partlayan avtobusda azərbaycanlılar olmayıb

Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində avtobusun partlaması nəticəsində həlak olan və yaralananlar arasında azərbaycanlılar yoxdur. Bu barədə çərşənbə günü Trend ə, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.

Bu gün Tolyattidə sərnişin avtobusu partlayıb və nəticədə, son məlumatlara görə, 8 nəfər həlak olub, 51 nəfər xəsarət alıb.

Hacıyev bildirib ki, ÜAK-ın Samaradakı nümayəndələri ilə əlaqə saxlayıb. Ona bildiriblər ki, partlayan avtobusda azərbaycanlılar olmayıblar.

Hacıyev əlavə edibki, rəsmi orqanların açıqlamasına görə, avtobusun partlaması yol qəzası, qeyri-rəsmi versiyalara görə, terror aktıdır.

Xəbər lenti

Xəbər lenti