...

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: "Konservatoriyada caz-estradası fakültəsi açmaq istərdim"

Cəmiyyət Materials 2 Noyabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Azərbaycan Dövlət Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ABŞ-dan qayıtdıqdan sonra bir neçə layihə üzərində düşünməyə başlayıb. Layihələrdən biri konservatoriyada caz fakültəsinin açılması ilə bağlıdır. O, TrendLife-a verdiyi məlumatda bildirdi ki: "Biz Amerikaya səfər zamanı caz sahəsi ilə bağlı bir çox şeylərlə tanış olduq. Şəxsən mənim özümə bu, o qədər maraqlı gəldi ki, bizim konservatoriyada da caz-estradası fakültəsi açmaq istərdim. Düzdür, Bakı Musiqi Akademiyasında bu fakültə fəaliyyət göstərir. Lakin biz istərdik ki, bunu bir başqa cür inkişaf etdirək. Gələcəkdə isə bu sahədə bizə kömək uçun Amerikadan mütəxəssislər də dəvət etmək olar".

Xəbər lenti

Xəbər lenti