...

Bakı boks üzrə lisenziya xarakterli turnir qəbul etməyəcək

Cəmiyyət Materials 2 Noyabr 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Çikaqoda keçirilən Dünya çempionatında ümumilikdə bir lisenziya qazanan Azərbaycan boksçuları sonrakı kvalifikasiya turnirlərində iştirak etməklə, Pekinə vəsiqələrin sayını artıra bilərlər.

Trend in verdiyi məlumata görə, bu yarışların yeri və vaxtı hələ müəyyən deyil, lakin onlar gələn il start götürəcək. Turnirlərin keçiriləcəyi şəhərləri Dünya Həvəskar Boks Assosiasiysının Avropa bürosu digər Qitə Assosiasiyalarının həmkarları ilə birgə müəyyən edəcək. Lakin artıq indidən demək olar ki, Bakı lisenziya turniri qəbul etməyəcək. Belə ki, Olimpiya oyunları öncəsi Bakıda keçirilən Ənvər Çoudri turniri lisenziya xarakteri daşıyırdı.

Azərbaycandan Olimpiya oyunlarına vəsiqə əldə edən yeganə bokçu Samir Məmmədovdur ( 51 kq).

Xəbər lenti

Xəbər lenti