...

"Neapol" faciəsində günahkar bilinənlərə hökm oxunub

Cəmiyyət Materials 9 Noyabr 2007 13:32 (UTC +04:00)
"Neapol" faciəsində günahkar bilinənlərə hökm oxunub

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Bakının "Neapol" İstirahət Mərkəzində iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən binanın uçmasında günahkar bilinənlərə hökm oxunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend ə bildiriblər ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə tikinti işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının təmin edilməsi vəzifəsini daşıyan obyektin sahibi Şükür Əhmədov barəsində Cinayət Məcəlləsinin tikinti qadalarını pozma maddəsi ilə 2 il müddətinə həbs qətimkan tədbiri seçilib. Şükürov cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkəcək. İş icraçısı "Şən" MMC-nin baş mühəndisi Şamil Alıyev barəsində isə tikinti-mədən işlərinin apərılması zamanı təhlükəsizlik qaydalarını pozma (insan ölümü ilə nətisələnərsə) maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Avqustun 14-də saat 17 radələrində Bakı-Sumqayıt şossesinin 14-cü kilometrliyinin şərq istiqamətində "Neapol" otelinin yaxınlığında tikilməkdə olan ticarət obyektinin binası uçub. Uçqun zamanı tikintidə fəhlə işləyən Rafiq Məmmədov və Rauf Abdullayev uçqunun altında qalaraq ölüb, Sərdar Şərifov, Rasim Məmmədov, Vüsal Əliyev və Vadim Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəbər lenti

Xəbər lenti