...

"Kristal" pop-qrupunun rəhbəri Mədinə: "Rəhbəri olduğum qrupda heç bir qızımı sevmirəm"

Cəmiyyət Materials 13 Noyabr 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"8-104" verilişi bu gün də qonaq-qaralı keçdi. Həm "Space" TV, həm də "Radio Space "104 FM" vasitəsilə canlı yayımalanan bu proqram haqda TrendLife, demək olar ki, hər gün istifadəçilərimizə operativ məlumatlar verir. Hətta Nəsib Nur öz verilişində etiraf edir ki, nəyin doğru, nəyin yalnış olduğuğunu dəqiqləşdirmək üçün mütləq hər gün yazdığımız xəbərləri izləyir. İndi isə keçək "Kristal" qrupuna. Efirə zəng vuran tamaşaçılardan biri Mədinə xanıma hansı qızını daha çox istədiyini soruşdu. Mədinə xanım: "Əslində, rəhbəri olduğum qrupda heç bir qızımı sevmirəm"-dedi. Yaradıcılığı ilə bağlı qrup bunları söylədi: "Yeni albom üzərində işləyirik. Klip çəkdirməyi düşünürük. Sadəcə, hansı mahnıya klip çəkdirəcəyimizi qərarlaşdırmamışıq. Bu yaxınlarda yeni diskimiz işıq üzü görəcək".

Verilişin sonunda Nəsib Nur sabahkı verilişin qonağının "A-trio" olacağını söylədi.

Xəbər lenti

Xəbər lenti