...

"VİP Club"un qonağı müğənni Elnarə oldu

Cəmiyyət Materials 26 Noyabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 nyoabr /müx. TrendLife Cavid Osmanov/

"VİP Club" teleşousu tamaşaçıları sevindirməkdə davam edir. Bu dəfə Rzayev qardaşlarının qonağı müğənni Elnarə oldu. Verilişin əvvəlində müğənni öz mahnısını ifa etdi. Şounun qaydalarına görə, Elnarə şou-biznes nümayəndələrindən birinin rəsmini çəkməliydi. Onun əl işi elə olmalıydı ki, tamaşaçılar kimin rəsmi olduğunu bilsinlər. Amma veriliş boyu hiss olunurdu ki, Rzayev qardaşları müğənni Elnarənin əhval-ruhiyyəsini pozmaq istəyirlər. Amma onlar nə qədər çalışdılarsa, buna nail ola bilmədilər. Daha sonra növbə gəlib çatdı fanat nömrəsinə. "VİP Club"un qaydalarına görə, fanat stulda oturur, aparıcılardan biri isə onun başının üstündə içi su ilə dolu şar tutur. Digər aparıcı müğənniyə suallar verir, əgər o, suallara düzgün cavab verməsə, su ilə dolu şar fanatın başına tökülə bilər. Siz yalnız verilişə baxmaqla orada hansı maraqlı anların yaşanmasının şahidi ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti