...

Azərbaycan Parlamentinin komissiyası "Təhsil haqqında" qanun üzərində işi başa çatdırıb

Cəmiyyət Materials 18 Dekabr 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Artıq 12 ildir ki, qəbul olunması mümkün olmayan "Təhsil haqqında" yeni qanun layihəsi Parlamentin payız sessiyasının dekabrın 28-də keçiriləcək iclasında müzakirə ediləcək. Bununla bağlı Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov açıqlama verib.

"Qanun layihəsi müzakirəyə hazırdır" Milli Məclisin sədri bildirib.

Azərbaycanda hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub, 1995-ci ildə yeni təhsil qanununun hazırlanmasına başlanılıb. Amma 12 il müddətində bu qanunu qəbul etmək mümkün olmayıb.

Əsədov bildirib ki, qanun layihəsi sabahdan etibarən deputatlara paylanılacaq.

Milli Məclisin payız sessiyası dekabrın 30-da başa çatır.

Xəbər lenti

Xəbər lenti