...

Anar Mədətov: "Mən "Show time"ı pərdəarxası oyunlara görə tərk etdim"

Cəmiyyət Materials 22 Dekabr 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /müx. TrendLife Vüqar İmanov/

Dünən "Show time" layihəsini dahar bir prodüser-Anar Mədətov da tərk etdi. Xatırladaq ki, adıçəkilən layihə Ratio TV-nin təşkilatçılığı ilə Lider TV-də yayımlanır. Anar Mədətov layihədən getməsinin səbəblərini TrendLife-a belə açıqladı:

"Mən "Show time"ı pərdəarxası oyunlara görə tərk etdim. Əvvəla onu deyim ki, prodüserlərlə heç bir müqavilə bağlanmamışdı. Amma nədənsə hər dəfə şərtlər dəyişilirdi. Məsələn, biz layihəyə gələndə belə şərt yox idi ki, layihəni tərk edən iştirakçı sonra yenə müsabiqəyə qayıdacaq. Oyunun qaydaları isə məhz Namiq Qafarovun protejesi olan Nərmin Kərimova layihəni tərk edəndən sonra dəyişməyə başladı. Daha sonra Namiq Qafarovun telefon danışıqları əlimizə keçdi. Həmin danışıqlarda deyilirdi ki, Nərmin Nazim Əhmədovun dostunun sevgilisidir, ona görə də layihəyə qayıtmalıdır. (Nazim Əhmədov layihənin kommersiya direktorudur). Danışıqlarda o da bildirilirdi ki, Nərmin layihəyə qayıtmalı, hətta qalib də olmalıdır. Belə vəziyyət bütün iştirakçılara pis təsir etmişdi. İştirakçılar gecə-gündüz çalışırdılar. Axırı nə oldu? Belə çıxır ki, bir insanın sponsoru varsa, ona hər şey olar? Müqaviləyə gəldikdə isə biz hüquqşünasla onu hazırlayıb Nazim Əhmədova təqdim edəndə o, sənədə imza atmaqdan imtina etdi. SMS-lə keçən televerlişlərdə digər iştirakçılar səsvermənin nəticələrini əldə edirlər. Lakin biz bir dəfə də olsun səsvermənin nəticələrini ala bilmədik. Məsələn, Fərid Məmmədov 700 SMS toplayanda bizə dedilər ki, cəmi 180 səs yığıb. Bundan əlavə Mirvari Bağırova həmişə hamıdan çox səs toplayıb toxunumazlığı alırdı. Sonuncu dəfə isə toxunumazlığı Nərmin Kərimova aldı. Bunu bilərəkdən etmişdilər ki, Nərmini heç kim layihədən uzaqlaşdıra bilməsin.

Mən artıq yoldaşımla bərabər Moskvaya yollanmağa hazırlaşıram ki, orda Rusiya ulduzları ilə birgə layiəhələr hazırlayım".

Xəbər lenti

Xəbər lenti