...

Daşkəsəndə həkim çatışmazlığı var

Cəmiyyət Materials 24 Dekabr 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Gədəbəy / Trend , müxbir G.Rafiqqızı/ Daşkəsən rayonunda həkim çatışmazlığı var. "Xəstələrə istənilən səviyyədə tibbi xidmət göstərməkdə çətinlik çəkirik. Çünki hazırda rayonda cəmi 20 həkim fəaliyyət göstərir və 70 həkim yeri boşdur, bazar ertəsi Trend ə Daşkəsən rayon Mərkəzi Xəstəxananın baş həkimi Mirzəkərim Tağıyev bildirib. Onun sözlərinə görə, dağlıq olduğundan, həkimləri rayona cəlb etmək olmur.

Baş həkim gələn il rayonda müasir standartlara uyğun yeni xəstəxananın istifadəyə veriləcəyini deyib və bundan sonra kadrlara ehtiyacın daha da artacağını söyləyib.

80 çarpayılıq yeni xəstəxananın tikintisi üçün Səhiyyə Nazirliyi təxminən 5 milyon manat vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti