...

Vəfa Rzayeva güclü rəqibim əsla olmayıb - Xalq artisti Məleykə Əsədova

Cəmiyyət Materials 28 Dekabr 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr/müx. TrendLife Şahin Cavadsoy/

Akademik Milli Dram Teatrının iki aktrisası- xalq artisti Məleykə Əsədova ilə həmkarı Vəfa Rzayeva arasında yaşanan soyuqluq son həddə çatıb desək, yanılmarıq. Bilməyənlər xatırladaq ki, iki aktrisa rol bögüsüna görə mehriban düşmənlərə çevriliblər. Vəfa xanım bu barədə danışmaq istəməsə də, xanım Əsədova susmadı: "Bu söz-söhbətlərin əlindən lap cana doymuşam. Bilmirəm nə istəyirlər məndən. Başımı aşağı salıb, ancaq öz işlərimlə məşğul olduğum bir anda, sənət yoldaşları taxta qapımı döyməkdən yorulmurlar. O ki, qaldı, Vəfa ilə olan münasibətlərə, görüşdüyümüzdə yalnız "salam" kəlməsiylə kiyayətlənirik. Vəfa Rzayeva əsla mənim üçün güclü rəqib olmayıb. Heç ola da bilməz. Çünki, mən illərimi,sağlığımı sənətimin yolunda qurban vermişəm".

Xəbər lenti

Xəbər lenti