...

Azərbaycan estradasının Qar Qızı və Şaxta Babası

Cəmiyyət Materials 29 Dekabr 2007 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /müx. TrendLife Cavid Osmanov/

Hamımız Qar Qız və Şaxta Babanın necə olduğunu bilirik. TrendLife şou-biznes nümayəndələrinə bu dəfə "Kimi Şaxta Baba, kimi Qar Qız rolunda görmək istərdiniz?" sualı ilə müraciət etdi.

Müğənni Xəyyam: Mənə buruq saç Qar Qız lazımdır. Yəqin ki, Qar Qız kimi Röyanı seçərdim.

Müğənni Nazim: "Çox çətin sualdır. Bütün şou-biznes nümayəndələri mənim Qar Qızım olmağa layiqdirlər. Qar Qız rolunda isə aparıcı Kamiləni görürəm. Şaxta Baba mənim kimi canlı, Qar Qız isə Kamilə kimi incə olmalıdır.

Müğənni Rüfət Mehdiyev: "Bizdə ən nazlı-qəmzəli Aygün Kazımovadır. Mən onu çoxdan tanıyıram. Mənə elə gəlir ki, bu rol məhz ona yaraşır.

Müğənni Elnur: Mən Qar Qız rolunda Natavan Həbibini görmək istərdim.

Müğənni Mətanət İskəndərli: Şaxta babam istərdim ki, Arif Babayev olsun. Bilmirəm niyə, amma bu sualı verən kimi məhz o, ağlıma gəldi.

Müğənni Elariz Məmmədoğlu: Qar Qız kimi arıq, incə-zərif müğənni Almaz Ələsgərovanı seçərdim.

Bəs, görəsən bu nümayəndələr ilk hədiyyələrini xatırlayırlarmı?

Müğənni Nazim: Açıq deyəcəm. Heç yadımda deyil.

Müğənni Rüfət Mehdiyev: Yadımda deyil. Amma hər il bizi Yeni il şənliklərinə aparırdılar. Yəqin ki, ilk dəfə mənə hədiyyəni valideynlərim verib.

Müğənni Elnur: İlk dəfə hədiyyəni valideynlərimdən almışam. Mənim hər şeyim vardı. Ən gözəl hədiyyələr həmşə məndə olurdu. Bütün bunlara görə valideynlərimə minnətdaram.

Fuad Əlişov: Yeni ildə sevdiyim qızdan hədiyyə almışdım. O vaxtlar nə verildiyi önəmli deyildi. Əsas o idi ki, sayıb hədiyyə alıb.

Xəbər lenti

Xəbər lenti