...

Maşınsız müğənni, atsız döyüşçüyə bənzəyir– Azərbaycanın əməkdar artisti Ədalət Şükürov

Cəmiyyət Materials 30 Dekabr 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/müx. TrendLife Şahin Cavadsoy

Hamıya bəllidir ki, sənət dünyasında birincilik sevdasıyla bir-birlərindən fərqlənməyə çalışan müğənnilərimiz həm də topladıqları var-dövlətlə də rəqiblərini kölgədə qoymağa çalışırlar. Bu dediklərimizin qətiyyən əməkdar artist Ədalət Şükürova heç bir aidiyyatı yoxdur. Sadəcə, Ədalət bəylə avtomobilə olan marağı barədə söhbət etdik: "Şou sakinləri dediyimiz ulduzlar sadə xalqın nümayəndələrindən yalnız səs imkanlarına görə seçilirlər. Düzdür, mən də razıyam ki, var-dövlət toplamaq hər bir sənətçinin maraqlarına uyğun gəlir. Hesab edirəm ki, Ədalət Şükürov gözütox müğənnilərdəndir. Alllaha min şükür, bir tikə ruzumu qazanıb, yaradıcılığımı davam etdirirəm. O ki, qaldı maşınlara olan həvəsimə, bəli, razıyam ki, avtomobil həvəskarıyam. Ümumilikdə götürəndə isə mənd də daxil olmaqla, müğənni maşınsız olanda, atsız döyüşçüyə oxşayır. Arzu edirəm ki, üzümüzə gələn ildə maşını olmayanlar da maşına sahib olsunlar".

Xəbər lenti

Xəbər lenti