Ukrayna, Kiyev, 31 yanvar / Trend , müxbir Z.Novosvitski / Fevralın 11-də Kiyevdə Frank adına teatrda Azərbaycan və Ukrayna artistlərinin iştirakı ilə böyük konsret keçiriləcək.
"Konsertdə iştirak etmək üçün Azərbaycandan 18 artist gələcək. Ukraynanın tanınmış artistləri Nadejda Şestak və Ani Lorak konsertdə iştirak edəcəklər", - Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Trend ə deyib. Konsert proqramı üç saat yarım nəzərdə tutulub.
Tədbir Ukraynanın Mədəniyyət Nazirliyinin, Azərbaycan səfirliyinin və Ukrayna Azərbaycanlıları Koqresinin dəstəyi ilə keçiriləcək.