...

Müğənni Röya albomunu xaricdə çıxardacaq

Cəmiyyət Materials 5 Fevral 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral /müx. TrendLife Türkan İmaməliyeva/

Tanınmış müğənni Röya solo konsertindən sonra yeni klipinin çəkilişlərinə başlayacaq. Müğənninin TrendLife-a verdiyi xəbərə görə, konsertində hansı mahnı tamaşaçılar tərəfindən güclü alqışlanarsa, həmin mahnıya da klip çəkiləcək. "Bundan əlavə, iki albom üzərində işləyirəm. Lakin albom piratların əlindən qurtulmaq üçün xaricdə işıq üzü görəcək. Bir albomuma bəstəkar Lalə Məmmədovanın "ML" mahnıları daxil ediləcək. Digər albomum isə Svarovski qaşları ilə bəzədiləcək. Bu albom satışda olmayacaq. Şəxsi kolleksiyamda saxlanılacaq" - deyə müğənni söylədi.

Xəbər lenti

Xəbər lenti