...

Ombudsman Elmira Süleymanova AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Cəmiyyət Materials 5 Fevral 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı,05 fevral / Trend / OmbudsmanElmira Süleymanova AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri A.Herkel və Y.Jivkovanı qəbul edib.Bu barədə çərşənbə axşamı Ombudsman aparatının mətbuat xidmətindən Trend ə məlumat veriblər.

Qonaqlar Azərbaycanda bir sıra problemlərlə, o cümlədən media hüquqları, həbsdə olan KİV nümayəndələrinin vəziyyəti ilə əlaqədar narahatlıqlarını bildiriblər.Süleymanova digər hüquqlarla yanaşı, media hüquqlarının da müdafiəsinin Müvəkkilin diqqətindən yayınmadığını, jurnalistlərə qarşı kobud rəftar və zorakılıq hərəkətləri kimi neqativ halların nəzarətdə saxlandığını vurğulayıb. Müvəkkil həmməruzəçilərin siyasi məhbus problemi, seçki hüququ, vətəndaş cəmiyyəti və QHT-lərlə əməkdaşlıq və digər məsələlərlə bağlı suallarını da cavablandırıb.

Xəbər lenti

Xəbər lenti