...

Azərbaycanın taekvando komandası "Fəcr" turnirində çıxış edəcək

Cəmiyyət Materials 7 Fevral 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın aparıcı taekvandoçuları yaxın günlərdə Tehranda keçiriləcək beynəlxalq "Fəcr" turnirində iştirak edəcək.

Komandanın tərkibinə dünya çempionatının mükafatçıları Zahid Məmmədov ( 58 kq), Təvəkkül Bayramov ( 84 kq), Avropa-2006-nın çempionu İlkin Şahbazov ( 67 kq), həmçinin Vüqar Kərimov ( 54 kq), Rövşən Məmmədov ( 62 kq), Elvin Məmmədov ( 72 kq), Raqit Həsənov ( 78 kq), Ramin Əzizov (+ 84 kq), Aygül Abdullayeva ( 51 kq), Nigar Hacıyeva ( 55 kq), Günay Qarayeva ( 59 kq), Gülnar Cəfərova ( 63 kq) və Yelena Abbasova ( 67 kq) daxildir.

Bununla yanaşı, məşqçi qərargahı Rəşad Əhmədova ( 80 kq) istirahət verib. Belə ki, Pekinə lisenziya qazandıqdan sonra onun turnirlərdə iştirak etməsinə ehtiyac yoxdur, bu, həm də onun zədədən qaçmasına imkan yaradır.

Xəbər lenti

Xəbər lenti