...

FİFA nümayəndələri AFFA-nın konfransında iştirak edəcəklər

Cəmiyyət Materials 7 Fevral 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir Z.Səfərov/ FİFA nümayəndələri martın 14-də Bakıda keçiriləcək AFFA-nın hesabat-seçki konfransında iştirak edəcəklər.

Assosiasiyanın baş katibi Elxan Məmmədovun Trend ə verdiyi məlumata görə, AFFA əvvəlcədən Beynəlxalq Federasiya ilə onların Azərbaycana gəlmələri ilə bağlı danışıqlar aparıb.

"Konfrans vacib mahiyyətə malik olacaq, burada AFFA-nın yeni prezidenti seçiləcək. Təbii ki, qarşıdakı konfrans FİFA-da da maraq yaradır və bu təşkilatın nümayəndələri mütləq Bakıya gələcəklər" - deyə Məmmədov bildirib.

Futbol İdarəsi prezidenti vəzifəsinin müvəqqəti icraçısı idarənin vitse-prezidenti Elşad Nəsirovdur və bu posta namizədliyini irəli sürməyəcək.

Xəbər lenti

Xəbər lenti