...

Xalq artisti İlhamə Quliyeva yeni konsert proqramı hazırlayır

Cəmiyyət Materials 9 Fevral 2008 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral /müx. TrendLife Günel Əhmədova/

"Piratlarla mübarizə aparmaqdan yorulmuşam. 1994-cü ildən bəri 10-a yaxın diskim işıq üzü görüb. Amma bunların əksəriyyəti piratların hədəfində olub. Artıq nə klip çəkdirmək, nə də disk buraxmaq arzusundayam. Kiməsə havayı pul qazandırmaq istəmirəm. Eyni zamanda, sənətimə hörmət etdiyim üçün bu cür addım atmağa qərar vermişəm" - bu sözləri TrendLife-ın müxbiri ilə söhbətində "Şöhrət" ordenli İlhamə Quliyeva söylədi.

Səhnə fəaliyyətinin 40-cı ilinə həsr olunmuş hesabat konsretinin qüvvədə qaldığını xatırladan müğənni əlavə etdi ki, məkan seçimində çətinlik çəkir: "Hələ ki Heydər Əliyev adına Sarayın təmirinin yekunlaşmasını gözləyirəm. Əvvəldən konsertimi orada təqdim etmək niyyətində olmuşam. Başqa konsert məkanları çoxdur. Amma nədənsə ürəyimə sarayın səhnəsi yatır. Artıq təmirin yekunlaşmasına az müddət qalıb. Ümid edirəm ki, təmirdən sonra həmin məkanda ilk çıxış edənlərdən biri mən olacam".

Konsert proqramında bir sıra layihələrin nəzərdə tutulduğunu deyən xalq artisti bu barədə əvvəldən danışmaq istəmədi.

Xəbər lenti

Xəbər lenti