...

BBC Azərbaycanda "Din və Demokratiya" layihəsinin başlanmasını elan edib

Cəmiyyət Materials 12 Fevral 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir C.Babayeva / Çərşənbə axşamı BBC radiosunun Azərbaycan Xidməti Bakıda "Din və Demokratiya" yeni radio-layihəni təqdim edib.

Layihə "İnam" Plüralizm Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyilə həyata keçiriləcək. Layihənin başlıca məqsədləri - cəmiyyətdə dinin yeri və rolu, müasir demokratik prinsiplərin və İslam dəyərlərinin bir-birilə mümkün qarşılıqlı təsiri, eləcə də, cəmiyyətdə bu mövzu ilə bağlı bilgiləri artırmaqdır.

BBC radiosunun Azərbaycan Xidmətinin baş prodüseri Azər Xəlilovun sözlərinə görə, yeni radio-layihə 15-16 proqramdan ibarət olacaq və 2008-ci ilin mayınadək davam edəcək. Müzakirə formatında hazırlanacaq proqramlarda dinləyici auditoriyası ilə interaktiv ünsiyyət mexanizmlərindən də istifadə olunacaq.

Radio verilişlərdə müxtəlif dini icma nümayəndələri, teoloq alimlər, ziyalılar, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mütəxəssisləri və ictimaiyyətin geniş təbəqələri iştirak edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - jamila

Xəbər lenti

Xəbər lenti