...

Qrossmeyster Teymur Rəcəbov Moreliya-Linares superturnirində dünya çempionu ilə heç-heçə oynayıb

Cəmiyyət Materials 20 Fevral 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir Z.Səfərov/ Azərbaycan qrossmeysteri Teymur Rəcəbov birinci dövrəsi Meksikada keçirilən Moreliya-Linares superturnirinin dördüncü turu çərçivəsində dünya çempionu Vişvanatan Anand ilə heç-heçə oynayıb.

Trend in verdiyi xəbərə görə, qara fiqurlarla oynayan şahmatçımız Yanişa qambitini tətbiq edərək hindistanlıya qarşı uğurlu müqavimət göstərib və tərəflər 22-ci gedişdə sülh bağlayıb.

Bu partiyadan sonra Teymur 1,5 xal toplayıb və liderləri izləməyə davam edir.

Dördüncü tur bir neçə tamamlayıcı partiyalarla yadda qalıb ki, onlardan Veselin Topalovun Aleksey Şirova məğlubiyyətini qeyd etmək olar. Bu məğlubiyyət bolqar oyunçunun turnir cədvəlindəki vahid liderliyni itirməsi ilə nəticələnib. Belə ki, Veselinin müvəffəqiyyətsizliyindən ikinci qələbəsini qazanan (bu dəfə Levon Aronyan üzərində) və xal hesabı ilə bolqara çatan Vasili İvançuk istifadə edib.

Xəbər lenti

Xəbər lenti