Azərbaycan, Bakı, 21 fevral/müx.TrendLife Fərid Sadıqov/
Görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar fevralın 5-dən etibarən Sumqayıt şəhərində keçirilən silsilə tədbirlərə fevralın 22-də təntənəli konsert proqramı ilə yekun vurulacaq. Bu barədə TrendLife-a Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, sabah Sumqayıt şəhərindəki Səməd Vurğun adına Mədəniyyət Sarayında təşkil olunacaq təntənəli tədbirdə ictimaiyyət nümayəndələri, şəhər rəhbərliyi iştirak edəcək. Tədbirdə Qara Qarayevin ən çox sevilən əsərləri səsləndiriləcək, bəstəkarın yaradıcılığı barədə ictimaiyyətə bir daha geniş məlumat veriləcək.