...

"Neftçi"nin heyəti Braziliya "Quarani"sinin oyunçusu ilə möhkəmlənib

Cəmiyyət Materials 22 Fevral 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir Z.Səfərov/ "Neftçi" futbol klubu Braziliyadan olan legionerlə möhkəmlənib. Futbolçu yaxın vaxtlarda bakılılara kömək edə biləcək.

Klubun rəsmi saytının verdiyi xəbərə görə, ölkə futbolunun flaqmanı "Quarani"də çıxış edən Joze Karlosun transfer vərəqəsini əldə edib. Odur ki, çempionatda liderlik uğrunda mübarizəyə başlayan "Neftçi"nin hücüm potensialı bu oyunçunun gəlişi ilə yüksələ bilər. Belə olan halda komanda ölkə çempionatının qış fasiləsi zamanı bütün transfer məsələlərini yekunlaşdırmış olub. Əvvəllər "Neftçi"nin heyətində braziliyalı futbolçular çıxış etməyib.

Komanda turnir cədvəlində ikiknci pilləyə qalxıb və lider "Olimpik"dən artıq dörd xal geridə qalır.

Xəbər lenti

Xəbər lenti