...

Məhkumun 15 il öncə törətdiyi qətlin üstü açılıb

Cəmiyyət Materials 25 Fevral 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Sabunçu rayon prokurluğu ilə birgə 15 il öncə törədilən qətlin üstünü açıb.

Penitensiar Xidmətdən bazar ertəsi Trend ə bildirilib ki, cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum, dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Faiq Əhmədovun uzun illər bağlı qalan cinayəti həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılıb.

Əhmədov sonuncu dəfə 2006-cı ildə Sabunçu rayon məhkəməsinin hökmü ilə oğurluq cinayətində məhkum olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sabunçu rayon prokurorluğu və Penitensiar Xidmət istintaq sirri olduğu üçün qətllə bağlı ətraflı məlumat verməyib. Əhmədovun cəza çəkdiyi müəssisə də açıqlanmır. Məlumata görə, Əhmədov Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci maddə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib və saxlandığı cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti