...

Məlahət Abbasova sözünə əməl etdi

Cəmiyyət Materials 28 Fevral 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /müx. TrendLife Şahin Cavadsoy

Həmyerlimiz - sevilən aktrisa-rejissor Məlahət Abbasovanın Xocalı şəhidlərinin xatirəsinə teatr tamaşası hazırlaması barədə xəbəri bir neçə gün əvvələr sizlərə çatdırmışdıq. Qeyd edək ki, Xocalı soyqırımının qurbanlarının xatirəsinin əbədiləşdirmək məqsədi ilə səhnələşdirilən teatr tamaşası böyük anşlaqla keçib. TrendLife-a növbəti dəfə İstanbuldan məlumat verən sənətçi uğurlu keçən premyeraya bu cür şərh verdi: "Ötən dəfə də söyləmişdim ki, "Xocalım mənim" hekayətimin motivləri əsasında teatr tamaşasını səhnələşdirəcəyəm. İstanbul Böyük Şəhər Bələdiyyə Teatrının binasında oynalınan tamaşa, sözün əsl mənasında, böyük marağa səbəb oldu. Bu işdə tanınmış teatr xadimi Nurullah Tunerin böyük dəstəyini aldım. İki hissədən ibarət olan səhnəciklər, mənfur ermənilərin Azərbaycanın dilbər guşələrindən olan Xocalı şəhərinin necə məhv etmələrini tam təfərrüatı ilə tamaşaçıya çatdırdı".

Məlahət xanımın, teatr tamaşasının Bakı teatrlarının birində oynalınması məsələsinə münasibəti isə, belə oldu: "Çox istəyirəm bu baş versin. Yəqin Novruz bayramı ərəfəsində vətənimə gələndə, bu haqda səlahiyyətli orqanlarla bəzi məsləhətləşmələr apararıq. Bilirəm ki, müraciət edəcəyim insanlardan "yox" cavabı almaram".

Xəbər lenti

Xəbər lenti