...

Rafael və Coşqun yeni parodiyalar hazırlayıblar

Cəmiyyət Materials 3 Mart 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /müx. TrendLife Eldar Hüseynzadə/

Martın 1-də Azərbaycan Dövlət Dram Teatrının səhnəsində "Bu şəhərdə"nin aktyorları "Qadınlar 3" adlı tamaşaları ilə çıxış etdilər. Rafael və Coşqunun öz tamaşaçıları var. Onlar göstərdikləri nömrələri daha çox Azərbaycan dilində təqdim edirlər.

"Bu şəhərdə"nin aktyor cütlüyü bu dəfə Nərgiz Cəlilovanın təqdim etdiyi "Məqamlar" verilişini, "Bizim Cəbiş müəllim" filmindən bəzi hissələri, Anar Nağılbazla Brilliant Dadaşova duetini və s. nömrələri parodiya etdilər. Ən gözəl və yadda qalan isə polislərlə bağlı nömrə oldu.

Xatırladaq ki, konsert martın 9-na qədər davam edəcək.

Xəbər lenti

Xəbər lenti