...

Zülfiyyə Xanbabayevanın atası dünyasını dəyişib

Cəmiyyət Materials 3 Mart 2008 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Bir müddət öncə ana olan və bu səbəbdən də xeyli vaxtdır səhnədən uzaqlaşan populyar müğənni Zülfiyyə Xanbabayevanın ailəsinə ağır itki üz verib. Bu barədə TrendLife-a müğənninin prodüseri Nigar xanım məlumat verib. O bildirib ki, Zülfiyyə xanımın uzun müddətdir xəstə olan atası Güloğlan kişi dünyasını dəyişib. Bu olaydan sarsılan Zülfiyyə xanım səhnəyə dönüşünü bir müddət də təxirə salacaq.

TrendLife da öz növbəsində sevimli sənətçiyə bu hadisə ilə bağlı başsağlığı verir.

Xəbər lenti

Xəbər lenti