...

Cənubi Qafqazda ekoloji problemlərin həlli üçün ciddi siyasi maneələr mövcuddur – ATƏT nümayəndəsi

Cəmiyyət Materials 10 Aprel 2008 15:13 (UTC +04:00)
Cənubi Qafqazda ekoloji problemlərin həlli üçün ciddi siyasi maneələr mövcuddur – ATƏT nümayəndəsi

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir K.Ramazanova/ Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin məhv edilməsi qonşu rayonlarda yaşayan əhaliyə mənfi təsir göstərir. Bu barədə cümə axşamı Bakıda keçirilən "Ətraf mühit və təhlükəsizlik təşəbbüsü" seminarında BMT İnkişaf Proqramının Azərbaycandakı rezident-əlaqələndiricisi Bruno Pueza bildirib.

"Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal olunub. Həmin ərazilərdə meşələr amansızcasına qırılır və yandırılır, çaylar və digər təbii hövzələr çirkləndirilir və onlardan düzgün istifadə olunmur" - deyə Pueza vurğulayıb.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan işğal olunmuş ərazilər nəzarətsizdir.

BMT nümayəndəsinin sözlərinə görə, ekoloji problemlər ölkənin gələcək inkişafına təsir göstərir. "Azərbaycan təbii sərvətlərinə diqqətlə yanaşmalıdır" - deyə o bildirib.

ATƏT-in Bakı Ofisinin rəhbəri Xose-Luis Xerrero Ansola öz çıxışında bəyan edib ki, Cənubi Qafqazda ekoloji sahədə problemlərin həlli üçün olduqca ciddi siyasi məneələr mövcuddur.

Xerrero həmçinin çay və Xəzər dənizinin çirkləndirilməsi və meşələrin qırılması nəticəsində ərazilərin səhralaşması problemləri üzrə birgə tədbirlərin reallaşdırılmasının vacibliyini qeyd edib.

"Ekoloji problemlər ölkənin təhlükəsizliyi üçün təhlükə yaradır" - deyə o söyləyib.

Xəzər dənizinin Azərbaycan hissəsinin 60 faizi gölə tökülən Volqa çayı hesabına çirklənir. Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar dəfələrlə Rusiyaya narazılığını bildirib.

Ermənitan və Gürcüstanın transsərhəd sularının təmizlənməsinə dair Konvensiyaya qoşulmaması Kür və Araz çaylarının bu ölkələr tərəfindən çirkləndirilməsi ilə əlaqədardır. Konvensiyaya qoşulan Azərbaycan Kür və Arazın çirklənmə səviyyəsinin monitorinqini aparmaq üçün bu ölkələrlə sərhəddə təmizləyici qurğular quraşdırıb.

Ötən il 31,4 min kubmetr ağac qanunsuz olaraq qırılmaya məruz qalıb. Meşələr ölkənin ümumi ərazisinin 11,4 faizini təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti