...

"Azadlıq" qəzetinin bıçaqlanan müxbiri tibbi ekspertizadan keçirilib

Cəmiyyət Materials 11 Aprel 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlandığı iddia olunan müxbiri tibbi ekspertizadan keçirilib.

Bu barədə cümə günü Trend a Aqil Xəlilin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, bu gün o və Xəlil yenidən Baş Prokurorluğa çağırılıb və Xəlil prokurorluq əməkdaşının ona işgəncə verilməsi ilə abğlı bir neçə sualını cavablandırıb.

Bundan sonra Xəlil yenidən ekspertizaya göndərilib. Vəkil ekspertizanın Xəlilə işgəncə verilib-verilməməsinin müəyyənləşdirilməsi məqsədilə keçirildiyini deyib.

Dindirmədən sonra Xəlil müayinədən keçirilib və ekspertizanın nəticələri bir həftəyə məlum olacaq.

Baş Prokurorluq cümə axşamı "Azadlıq" qəzetinin qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlandığı iddia olunan müxbirinə işgəncə verilməsi və ondan zorla ifadə alınması ilə bağlı nəzarət qaydasında icraata başlayıb.

Xəlil baş prokurora müraciət edərək ifadəsi alınarkən ona istintaq qrupunun əməkdaşları tərəfindən işgəncə verildiyini və zorla ifadəsinin alındığını bildirib.

Cümə axşamı baş prokurorun köməkçisi Azər Əsgərov Xəlili və onun vəkilini qəbul edib. Əsgərov Xəlilə işgəncə verilməsi ilə bağlı nəzarət qaydasında icraata başlandığı barədə məlumat verib və jurnalistin bu barədə ifadəsi alınıb.

Respublika Prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Xəlil martın 13-də qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan şəxslər tərəfindən bıçaqlanıb.

Xəlilin vəkili istintaqı aparan müstəntiqi qanun pozuntularına yol verdiyi üçün məhkəməyə verib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti