...

Gəncədə şairə Xəzangül Hüseynovanın yubileyi qeyd olunub

Cəmiyyət Materials 17 Aprel 2008 18:26 (UTC +04:00)
Gəncədə şairə Xəzangül Hüseynovanın yubileyi qeyd olunub

Azərbaycan, Gəncə, 17 aprel / Trend , müxbr V. Məmmədov/ Gəncə Dövlət Dram Teatrında bu gün şair-publisist Xəzangül Hüseynovanın 60 illik yubley tədbiri keçirilib. Mərasimi giriş sözü ilə açan Yazıçılar Birliyinin Gəncə şəhər bölməsinin sədri Məmməd Alim şairənin yaradıcılığı barədə məlumat verib. Onun sözlərinə görə, Xəzangül Hüseynovanın 8 kitabı işıq üzü görüb ki, onlardan biri gürcü dilində çap olunub. Yaxınlarda isə şairənin daha bir kitabı türk dilində nəşr olunacaq.

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mina Məlikova yubilyarı təbrik edərək, onun gözəl şairə olması ilə yanaşı, yaxşı pedaqoq olduğunu söyləyib. Azərbaycan ədəbiyyatına gözəl incilər bəxş etmiş Xəzangül Hüseynovanın yaradıcılığı ilə yaxından maraqlandığını vurğulayan Məlikova onun Azərbaycanda seçilən şairə olduğunu deyib.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev isə yubilyarın pedaqoji fəaliyyəti barədə söz açıb. Bildirib ki, Xəzangül Hüseynova 20 ildən artıqdır ki, məktəb direktoru işləyir. "Onun rəhbərlik etdiyi təhsil müəssisəsi müsbət cəhətləri ilə digərlərindən fərqlənir. Xəzangül xanım yetirmələrinə vətənpərvərlik hissləri aşılayır" Əliyev bildirib.

Yubley tədirində Yazıçılar Birliyinin sədri yazıçı Anar, şair Fikrət Qoca, yazıçılar Çingiz Abdullayev, Rəşad Məcid, Milli Məclisin deputatları Azay Quliyev və Vaqif Səmədoğlu, Türkiyədən Avrasiya Yazıcılar Birliyinin baş direktoru Yaqut Deli Öməroğlunun təbrikləri oxunub.

Tədbirdə Dram Teatrı aktyorlarının ifasında şairənin səhnələşdirilmiş "Məhəbbətin qənimi" pyesindən bir parça nümayiş olunub və onun şeriləri səsləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti