...

Şəfiqə Axundova evə buraxılıb

Cəmiyyət Materials 21 Aprel 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Günel Əhmədova

İki həftə öncə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən bəstəkar Şəfiqə Axundovanın həyatı üçün yaranan təhlükə tamamilə sovuşub. Hipertonik kriz diaqnozu ilə xəstəxanada müalicə olunan Şəfiqə xanım artıq evində istirahət edir. Musiqiçinin TrendLife-a bildirdiyinə görə, həkimi onu ötən həftə evə buraxıb. Evdə müalicə keçən bəstəkar iki həftədən sonra qolundakı gipsdən azad olacağını da söylədi.

Xəbər lenti

Xəbər lenti