...

Röyanın sonuncu konsertindəki mahnılar diskə köçürülür

Cəmiyyət Materials 25 Aprel 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx. TrendLife Günel Əhmədova/

Röyanın martın 30-da Heydər Əliyev adına İdman və Konsert Kompleksində təqdim etdiyi konsertindəki yeni mahnılar toplu şəklində satışı çıxarılacaq. Müğənninin TrendLife-a söylədiyinə görə, mahnıların lent yazıları hazırdır və onları diskə köçürməzdən əvvəl üzərində xırda düzəlişlər aparılması nəzərdə tutulub:

"Albomda əsil yayın ritmini tutan mahnılar yer alacaq. Yəni, bu diskdən sonra hələ bir müddət yeni mahnı oxumasam, bəs edər".

Müğənninin əlavəsinə görə, daha çox vaxt aparan foto-çəkilişlər olacaq. Diskdəki mahnıların ritminə uyğun gələ biləcək görünüş yaratmaq istəyən Röya, bu işi yaxın dizayner dostlarından birinə həvalə edib. Söhbət zamanı bəlli oldu ki, müğənninin haqqında danışdığı yaradıcılıq işi toplu şəklində bir-iki aydan sonra bəhrəsini verəcək.

Xəbər lenti

Xəbər lenti