...

"Barmek"in prezidentinin apellyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 29 Aprel 2008 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir K.Zərbəliyeva/ "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabulun və onunla birgə həbs edilənlərin apellyasiya şikayəti təmin edilməyib. Bu barədə çərşənbə axşamı Trend -a Bakı şəhər Apellyasiya Məhkəməsindən bildiriblər.

Ali Məhkəmədə Arabulun barəsindəki cinayət işinin yenidən birinci instansiyaya göndərilməsi ilə apellyasiya instansiyasının ilkin hazırlıq iclasının qərarından verdiyi kassasiya şikayətinə baxılıb. Məhkəmə kassasiya şikayətini təmin etməyib və işin yenidən apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edib.

Arabul və şirkətin digər 6 əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2) və vəzifə saxtakarlığı (313-cü) maddələri ilə ittiham olunaraq məhkəmənin hökmü ilə müxtəlif müddətə şərti olaraq azadlıqdan məhrum ediliblər.

İstintaqla müəyyən edilib ki, İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib. Müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, "Barmek" şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmamış, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə "Barmek"in istehlakçıları hesabına həyata keçirilib.

İstintaq həmçinin müəyyən edib ki, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul - 9 milyon 143 min 940 AZN dəyərində, özgə əmlakı mənimsəmə və ya israf etmə yolu ilə talan edilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs və digər qətimkan tədbirləri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti