...

Azərbaycanın çimərlik futbolu üzrə yığmasına braziliyalı oyunçular dəvət ediləcək

Cəmiyyət Materials 30 Aprel 2008 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasına braziliyalı məşqçi rəhbərlik edəcək. "Qustavo Enrike Silva adlı məşqçi Bakıya sabah axşam saatlarında gələcək. Çox təəssüf ki, Azərbaycanda çimərlik futbolu üzrə nə güclü məşqçilər, nə də oyunçular var", çərşənbə günü Trend a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) baş katibi Ceyhun Xəlilbəyli deyib.

31 yaşlı braziliyalı məşqçi əvvəllər Rusiya, Portuqaliya, Braziliya və Bəhreyn yığma komandalarına rəhbərlik edib. O, Azərbaycan çimərlik futbolu yığmasının baş məşqçisi vəzifəsində Bəhram Hətəmovu əvəzləyib. Hətəmov bundan sonra Silvanın köməkçisi kimi fəaliyyət göstərəcək.

Xəlilbəylinin dediyinə görə, braziliyalı məşqçi Azərbaycan yığması üçün yeni gənc oyunçular hazırlayacaq. "Əsas məqsədimiz yığma komandanı Azərbaycandan olan gənc oyunçularla gücləndirməkdir. Amma özümüzdə kifayət qədər istedadlı oyunçular olmasa, yığma komandaya Braziliyadan legionerlərin dəvət olunacağı istisna olunmur" - deyə AÇFF-nın baş katibi əlavə edib.

Azərbaycanın çimərlik üzrə yığma komandası mayın 9-da İspaniyada başlayacaq dünya çempionatının Avropa zonası üzrə keçiriləcək yarışda iştirak edəcək. Yığma komanda mayın 11-də İtaliya, 12-də Norveç, 13-də isə Yunanıstan komandası ilə oynayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti