Azərbaycan, Bakı, 02 may / "TrendLife" müxbir Cavid Osmanov/
Milli reperləri daha bir qələbə ilə təbrik etmək olar. Da Streetz prodüser mərkəzi paytaxt radiostansiyalarının birində veriliş açdıqdan sonra, reperlərimiz Azərbaycanda rep mədəniyyətinin təbliğinə ciddi önəm verməyə başlayıblar. Bu dəfə onlar özlərinin internet portalını açıblar. Az əhəmiyəti olmayan bu hadisənin şərəfinə onlar rep-əyləncə təşkil ediblər.