...

Azərbaycan gimnastları beynəlxalq turnirin qızıl medallarını qazanıblar

Cəmiyyət Materials 5 May 2008 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın bədii gimnastika üzrə qrup komandası və yunior Nigar Əbdülsəlimova Polşada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. Bu barədə Trend a bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prosolovadan ibarət qrup 2 halqa və 4 gürzlə hərəkətlərdə rəqiblərini geridə qoyub. Azərbaycan gimnastları 5 iplə hərəkətlərdə üçüncü yerə layiq görülüblər. Çoxnövçülükdə isə polşalılar qələbə qazanıblar. Azərbaycan gimnastları bu növdə ikinci olub.

Azərbaycan idmançılarından Əbdülsəlimova lentlə hərəkətdə birinci, Səidə Abdullayeva isə ikinci yerə sahib çıxıb.

Gimnastika üzrə qrup komandası ilə yuniorların Polşada keçirilən turnirdə iştirak etməsi bu il iyunun 5-7 aralığında İtaliyanın Turin şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyırdı.

Gimnastikanın tamblinq növü üzrə Azərbaycanın iki idmançısı - Səid Səlimov və Hafiz Rzayev Danimarkanın Odens şəhərində təşkil olunan Avropa çempionatında iştirak edib. Səlimov 27-ci, Rzayev isə 31-ci yeri tutub.

İlk üç yerə Rusiya, Polşa və Belarus idmançıları layiq görülüblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti