Azərbaycan, Bakı, 05 may / Trend , müxbir R.Ergün/ Bakıda keçmiş prezident Heydər Əliyevin 85 illiyi münasibəti ilə tennis turniri keçirilir. "Bu turnir artıq 4-cü dəfə təşkil olunur. Turniri keçirməklə ölkəmizdə tennisə olan marağı daha da artıracağımıza inanırıq", bazar ertəsi Trend a Azərbaycan Tennis Federasiyasının (ATF) baş katibi İlham Quliyev deyib.
Açılış oyunları bu gün keçirilən turnirin final qarşılaşması mayın 10-da olacaq.
Tennis turnirində ancaq 10-16 yaş aralığında olan uşaqların çıxış etməsi nəzərdə tutulub. Turnirin reqlamentinə görə, oyunlar 3 yaş qrupu üzrə keçiriləcək.
ATF-nın təşkil etdiyi turnirdə 30 idmançının iştirak edəcəyi nəzərdə tutulub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]